Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yeni medal təsis edildi: kimlərə veriləcək?

Baxılıb: 563     Tarix: 05-12-2019 14:41   

Biz düşündük ki, diaspor fəaliyyətində xidmətə görə xüsusi medalın təsis olunmasına ehtiyac var. Belə bir təşəbbüslə çıxış etdik və Milli Məclis bu qanunu artıq qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfansəında bildirib.
O, bu medalın diaspor fəaliyyətində həqiqi xidmətləri olan şəxslərə veriləcəyini vurğulayıb.
F.Muradov onu da bildirib ki, ötən müddət ərzində diaspor gənclərinin 1-ci və 2-ci yay düşərgəsi keçirilib. Bu düşərgələrə 54 ölkədən 700-dən çox müraciət daxil olub. 48 ölkədən 280 azərbaycanlı gəncin iştirakı ilə birinci düşərgə keçən il Şəkidə, ikinci düşərgə bu il Şamaxıda keçirilib:
“Bu qəbildən olan digər hadisə - “Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılıb, könüllülər proqram üzrə təlim və işlərə cəlb edilib”.
Komitə sədri bildirib ki, DİDK xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsini bitirib:
“Bir neçə dövlət qurumunun rəyi qalıb. Bir neçə ölkənin təcrübəsi öyrənilib. Bunlar Polşa, Gürüstan, Almaniya və Türkiyə kimi ölkələrdir. Bu gün Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq biz onları diaspor saymırıq. Onlar köklü xalqdır. Türkiyə və Qazaxıstanda yaşayanlar bizim soydaşlarımızdır. Ona görə də qanunda diaspor və soydaş anlayışlarına aydınlıq gətirilib. Bunlar hamısı qanunun predmetidir. Yeni parlament formalaşandan sonra bu qanun layihəsi müzakirəyə çıxarılacaq”.шаблоны для dle 11.2