Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dərs vaxtı direktor və müəllimlər niyə yoxa çıxdı? - Açıqlama

Baxılıb: 351     Tarix: 06-12-2019 17:17   
Dekabrın 2-də paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyətinin dərs saatlarında məktəbi tərk etməsinə səbəb sözügedən məktəbin başqa binaya köçürülməsidir.
Bu barədə Qanunvehedef.az-ın sorğusuna cavab olaraq Laçın Rayon Təhsil Şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, Yasamal rayonunda yerləşən Bakı Rabitə və Nəqliyyat Kollecinin yataqxana binasının 4-cü mərtəbəsində fəaliyyət göstərən Laçın rayonu 35 nömrəli tam orta məktəb bu il noyabrın 29-dan “Qobu Park-2” yaşayış kompleksində inşa edilmiş və Zəngilan rayonu 20 nömrəli tam orta məktəbin istifadəsinə verilmiş 818 yerlik tədris binasının 3-cü mərtəbəsinə köçürülüb.
Şöbədən o da bildirilib ki, rayonun 35 nömrəli tam orta məktəbində təhsil alan, “Qobu Park-2” yaşayış kompleksinə köçürülməyən ailələrdən olan şagirdlər Ağdam rayonu 71 nömrəli tam orta məktəbdə təhsilə cəlb olunublar.
“Hazırda köçürülmədən sonra təhsildən kənarda qalan şagird yoxdur”,-Təhsil Şöbəsindən bildirilib.
Qeyd edək ki, dekabrın 2-də paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti şagirdlərə və valideynlərə məlumat vermədən dərs saatlarında məktəbi tərk etmişdilər.шаблоны для dle 11.2