Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Tiflis sərhədimizdəki atışma ilə bağlı istintaq başlatdı

Baxılıb: 671     Tarix: 11-12-2019 13:40   

Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır.
Report xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.
O, bu cür halların xoşagəlməz olduğunu deyib:
“Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.
Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını qeyd edib.
Qeyd edək ki, dekabrın 6-da Gürcüstan vətəndaşı olan soydaşımız Ramin Bəşirov öz qoyun sürüləri ilə sərhədi keçərkən insident yaşanıb. Çoban itlərinə qarşı məcburiyyətdən tətbiq edilən silahdan açılan atəş soydaşımıza dəyib. O, xəstəxanaya yerləşdirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}