Bakı dairəvi dəmiryolu bu tarixdə istifadəyə veriləcək
Baxılıb: 589 Tarix: 17-12-2019 11:56
Vaxtilə bizim Meğridən Naxçıvan vasitəsilə İrana çıxışımız olub. Bilirsiniz ki, ulu öndərin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dönəmdə Xankəndi şəhərinə dəmiryolu çəkilib. Həmin dəmiryolu Xankəndini Bakı ilə birləşdirib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
C.Qurbanov hazırda dəmir yollarında da inkişaf müşahidə olunduğunu və ölkənin dəmir yollarının uzunluğunun 4200 kilometrə çatdığını bildirib:
“Onlardan 2955 kilomerti əsas yoldur. Bunlar Gürcüstan, İran sərhədinə, Balakənə, İmişliyə və sair yerlərə olan yollardır. Dəmir yollarının ikinci inkişaf dövrü Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Hazırda dəmir yollarında 20 minə qədər işçi çalışır. 2015-ci ildəki əmək haqqı ilə indiki arasında 95 faiz artım var. Əgər həmin vaxt orta əmək haqqı 120-130 manat olubsa, hazırda 583 manatdır. Əsasən əmək haqlarının artımı yüklərin artmasından asılıdır. Ona görə də infrastrukturun inkişafına diqqət yetirilir. Əgər 2016-cı ildə dəmir yolunda orta sürət saatda 30-35 kilometr olubsa, hazırda saatda 55 kilometrin üzərindədir. Hazırda dəmir yolları səmərəliliyə görə 13-cü, keyfiyyət göstəricisinə görə 35-ci yerdədir”.
C.Qurbanov qeyd edib ki, bu il alınan yeni elektrik qatarlarının sayı 9-a çatıb.
QSC sədri fevral ayının ortalarınadək Bakı dairəvi dəmir yolunun istifadəyə veriləcəyini bildirib:
“Bununla da dəmir yolları vasitəsilə Bakı Xırdalanla, Xırdalan Abşeronla birləşdiriləcək”.
Ən çox oxunanlar
Son xəbərlər