Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanın tərəqqisi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Baxılıb: 516     Tarix: 24-12-2019 10:43   
 
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir.
Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərəçarpan işlər görülür - beynəlxalq, respublika və yerli əhəmiyyətli yollar çəkilir, mövcud yollar yenidən qurulur, təmir olunur, yeni körpülər salınır.
Tez-tez sürüşmə və uçqunların baş verdiyi, uzunluğu 55 kilometr olan respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədilə təmir-tikinti işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilən təmir-tikinti işləri başa çatmaq üzrədir. Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun yenidən qurulur. Hərəkət zolaqlarının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metrdir. Yolun ümumi eni 12 metr təşkil edir.
Yolda olan mövcud körpülərin təmir edilib və genişləndirilib. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq dəmir-beton svaylar vurulub. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülüb. Lerik-Lənkəran avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri aparılıb, 7130 metr dəmir-beton küvetlər inşa edilib. Bundan başqa, ehtiyac duyulan yerlərdə 5630 metristinad divarı inşa edilib, dəmir-beton svaylar vurulub, drenaj xətləri çəkilib və yeni suötürücü borular quraşdırılıb.
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərin azalmasına zəmin yaradacaq, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Ümumilikdə isə yolboyu yaşayan vətəndaşların sosial rifah halına müsbət təsir göstərərək, sosial-iqtisadi inkişafın sürətlənməsinə şərait yaradacaq.
Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.
Bu gün ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlardan, sosial proqramlardan bütün ölkə vətəndaşları faydalanırlar. Buna görə də öz rəhbərlərinə olan sevgilərini, minnətdarlıq hisslərini izhar etmək üçün hər fürsəti dəyərləndirirlər. Dekabrın 24-ü möhtərəm Prezidentimiz İlham Əliyevin ad günü növbəti belə fürsətdir. Elə bu fürsətdən istifadə edib mən də əziz Prezidentimizi təbrik edir, ona ölkəmizin çiçəklənməsi naminə fəaliyyətində daha böyük uğurlar arzu edirəm.    

Çingiz Əkbərov, 48 saylı “Yol İstismarı” MMC-nin direktoru Çingiz Əkbərov
 шаблоны для dle 11.2