Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cənab İlham Əliyevi yalnız sözdə deyil, əməli işdə dəstəkləyən kadr etalonu

Baxılıb: 581     Tarix: 24-12-2019 14:55   
 Atəş Rüstəmov bütün keyfiyyələrinə görə Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Prezidentimizin müəyyənləşdirdiyi tələblərə cavab verir

Bildiyimiz kimi, başa çatmaqda olan 2019-cu il həm də Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlamətdar olmuşdur. Sumqayıtın ən zəngin sərvəti isə əlbəttə ki, bu şəhərdə xarüqələr yaradan insanlar, zəhmətkeş Sumqayıt vətəndaşlarıdır. Qədirbilən xalqımız və Prezidentimiz, möhtərəm cənab İlham Əliyev onların xidmətlərini yüksək qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara aktiv dəstək verən, fəaliyyəti təqdir olunan kadrlardan biri də Sumqayıt Şəhər Təmizlik Departamentinin baş direktoru Atəş Rüstəmovdur. Ölkə ictimaiyyəti Atəş Rüstəmovu sözün həqiqi mənasında igid, qorxmaz, ekstremal vəziyyətlərdə qətiyyətli, həm də düzgün qərar qəbul edən, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi tanıyır. Ona olan rəğbətin kökündə duran bir və bəlkə də elə birinci amil budur ki, əslən Qubadlı rayonundan olan Atəş müəllimin özü də, atası İsmayıl Rüstəmov da ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə vuruşublar. Eyni vaxtda, amma ayrı-ayrı səngərlərdə mübarizə aparıblar.

Ot kökü üstə bitər, deyib atalar. Sovet dönəmində Şərqi Almaniyada hərbi xidmət keçmiş, təyyarədə müşayiətçi kimi fəaliyyət göstərmiş olan ata Rüstəmov sərnişinlər arasında şübhəli şəxsin olduğunu aşkarladığına görə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin marşalı Şoloxovun xüsusi fəxri fərmanına layiq görülüb, rütbəsi artırılıb. Təcrübəli döyüşçü olan İsmayıl Rüstəmov Qarabağ döyüşlərində alay komandiri olmuşdur.

Oğul Rüstəmov 1992-ci ilin may ayında doğma Qubadlı rayonunun Qaradaş yüksəkliyi uğrunda gedən şiddətli döyüşdə top mərmisindən ağır yaralanmışdır. Amma cəbhədə atəşkəs əldə olunsa da, II qrup Qarabağ əlili Atəş Rüstəmov taleyin hökmü ilə başqa müstəvilərdə şücaət göstərməkdə davam etmişdir: 2006-cı il iyul ayının 9-unda "Sibir” aviaşirkətinə məxsus А-310 markalı təyyarə, Moskvadan İrkutska uçuşunu bitirib eniş edərkən, qəzaya uğramışdır. Möcüzə sayəsində sağ qalan az sayda sərnişinlərdən biri də Atəş Rüstəmov olmuşdur. O, özünü itirməyərək, təyyarənin lyukunu qırmış,oradan 10-12 nəfərin bayıra çıxmasına kömək etmişdir. Özü yanan təyyarədən tullanandan bir neçə saniyə sonra partlayış baş vermişdir. O vaxtların statistikasına görə hadisə zamanı təyyarədə 165 nəfər həlak olmuşdu. Hadisədən bir il keçdikdən sonra həmin vaxt disaporanın dəstəyi nəticəsində insanlara etdiyi köməkliyə görə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu Atəş Rüstəmovu qəbul etmişdir. Qəhrəmanlığına görə Atəş Rüstəmova İrkutsk şəhərinin rəsmi vətəndaşlığı və sözügedən aviaşirkət vasitəsilə həmin şəhərə ildə bir dəfə pulsuz uçuş verilib.

Hələ təyyarə qəzasından qabaq Atəş Rüstəmov "Qaz-24" markalı avtomobil ilə qəzaya düşmüş, həmin hadisədən də sağ çıxmışdır.

Maraqlıdır, bu il oktyabr ayının 21-də xəbər saytlarda xəbər yayıldı ki, Rüstəmov Atəş İsmayıl oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən digər bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Toyota Prado" markalı avtomobil aşıbavtomobilin sürücüsü xəsarət alıb. Biz həmin vaxt Atəş Rüstəmovun özü ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirdik. Atəş müəllim saytlarda gedən informasiyanın təhrif olunmuş formada təqdim olunduğunu dedi və məlumatı təkzib etdi. Bildirdi ki, həmin vaxt avtomobildə özü deyil, sürücüsü olub. Həm də yol-nəqliyyat hadisəsi saytlarda gedən informasiyada təsvir olunduğu qədər təhlükəli, yəni, qəza həddində olmayıb.

Atəş Rüstəmovun ömrünə, xalqa xidmət tarixçəsinə qızıl hərflərlə yazılan daha əhəmiyətli hadisə isə bu il noyabrın 20-də baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Atəş İsmayıl oğlu Rüstəmov "Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif olundu.

                                                         ***

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehtiyev  dekabrın 11-də dərc olunan “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” başlıqlı məqaləsində bildirib ki, Prezident İlham Əliyev uğurlu kadr siyasəti həyata keçirməklə yeni idarəçilər elitası formalaşdırır: "Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaqHəm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq... Prezidentin komandasına müvafiq dünyabaxışına və mənəvi keyfiyyətlərə malik olan, İlham Əliyevi sözdə deyil, əməli işdə dəstəkləyən müasir təfəkkürlü və istedadlı təşkilatçılar gəlməlidirlər. Ən başlıcası, onlar əsl dövlətçilər olmalı, xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutmalıdırlar”.

Haqqında söz açdığımız Atəş Rüstəmov bütün keyfiyyələrinə görə bu tələblərə cavab verən kadrdır desək, yanılmarıq. İnanırıq ki, o, həm Sumqayıtın, həm də ölkəmizin tərəqqisi naminə hələ çox xidmət göstərəcək, uğurlarının sırasını artıracaqdır. Ona ən böyük arzusuna qovuşmasını - düşmən tapdağı altında olan torpaqlarımızın, uğrunda döyüşdüyü doğma Qubadlısının azad olunduğu günü görməsini arzulayırıq.

Pünhan Şükür


шаблоны для dle 11.2