Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin Prezidentlik fəaliyyəti xüsusi tarixi mərhələ təşkil edir

Baxılıb: 556     Tarix: 24-12-2019 16:33   
 
 Azərbaycan xalqı fəxr edir ki, onun Prezident İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri vardır.
İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirir.  
Qısa müddətdə möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin Prezidentlik fəaliyyəti xüsusi tarixi mərhələ təşkil edir.
İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir.
Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir. O, mövcud siyasi reallıqları inkişafda olan qlobal ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır.
Ona görə də siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da həmişə nikbin və realist görünür. Prezident İlham Əliyevin görkəmli dövlət xadimi kimi miqyasına Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir.
Yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını da çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialını nümayiş etdirən bir siyasətçi kimi dərk olunmuşdu.
Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.
Böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderimizi ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, dövlətçiliyimizin möhkəmləndirilməsi yönündə fəaliyyətində uğurlar arzulayıram.  
 Fatma Vəliyeva, Ağstafa rayon mərkəzi xəstəxanasının baş həkimiшаблоны для dle 11.2