Daim vətəndaşla birgə olmağı özünün həyat amalına çevirən lider
Baxılıb: 493 Tarix: 24-12-2019 14:23

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan və böyük mənəvi-əxlaqi, siyasi məzmun daşıyan 11 amnistiya aktı, imzalanan 65 əfv sərəncamı ilə minlərlə insana bəxş edilən azadlıq həm Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, həm də beynəlxalq səviyyədə təqdir olunur.
Bir sözlə, Azərbaycan həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir. Dövlət haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait ölkədə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu təsdiqləyir.
Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərd-səri, qayğıları, problemləri Prezident İlham Əliyevin diqqətində və nəzarətindədir. Vətəndaşlarla səmimi görüşlər keçirməsi, onların problemlərini dinləməsi və həll olunması üçün müvafiq göstərişlər verməsi, bağışlamaq böyüklüyü cənab İlham Əliyevin ölkə rəhbəri kimi hər zaman vətəndaşının yanında olduğunu, siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiq edir.
Daim vətəndaşla birgə olmağı özünün həyat amalına çevirən cənab Prezidentimizi təvəllüd günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, rəhbərlik fəaliyyətində uğurlar arzulayıram.
Şafiq Heydərov, Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin rəisi
Ən çox oxunanlar

Son xəbərlər
