Ölkəmizdə əldə edilən uğurlar Prezident İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir
Baxılıb: 504 Tarix: 24-12-2019 14:46
Dövlətimizin inkişafı və insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadiyyatın şaxələndirilməsi, diferensiallaşdırılması istiqamətində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Deputat bildirib ki, ölkə rəhbərinin də qeyd etdiyi kimi, aparılan sosial-iqtisadi islahatlar nəticəsində bu ilin doqquz ayında göstəricilər qənaətbəxşdir. Hesabatın nəticələri ölkə iqtisadiyyatının davamlı inkişafından və rəqabətliliyindən xəbər verir. Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini göstərir. Qeyri-neft sənayesi üzrə iqtisadi artımın 15 faizdən, qeyri-neft sektorunda isə 3 faizdən çox olduğunu qeyd edən ölkə rəhbəri bu göstəricilərin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı aparılan düzgün siyasətin nəticəsi olduğunu vurğuladı. Bunlar çox mühüm göstəricilərdir və bizi gələcəyə nikbin baxmağa ruhlandırır.
Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial paket layihələrinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, 4,2 milyon nəfəri əhatə edən layihə nəticəsində insanların minimum əməkhaqqı, pensiyaları artıb, onların maddi rifah halı yaxşılaşıb. Əməkhaqqı və pensiyanın artırılması ilə bərabər alıcılıq qabiliyyətinə də diqqət yetirilib. Digər MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda alıcılıq qabiliyyəti daha yüksəkdir. MDB məkanında əməkhaqqının, pensiyanın məbləği çox olsa da, alıcılıq qabiliyyəti aşağıdır. Bundan sonra da davamlı olaraq əhalinin əməkhaqları və pensiyası artırılacaq, bu istiqamətdə islahatlar davam etdiriləcək.
Prezident birmənalı şəkildə xalqa müraciət edərək şəffaflığın təmin olunması, korrupsiyaya nəzarət edilməsi məsələsinə rəylərini, münasibətlərini bildirməyin vacibliyini qeyd edir. Hər bir Azərbaycan vətəndaşı bu cür hallarla barışmaz mövqe, qətiyyət nümayiş etdirsə, aparılan siyasət də bir o qədər səmərəli olar. Çox güclü siyasi iradənin ortaya qoyulduğunu bildirən Prezident Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istədiyimizi və buna nail olacağımızı vəd edir.
“Doing Business” hesabatında dünya miqyasında Azərbaycanın biznes mühitinə görə 25-ci yerdə, son hesabatda isə yenə də 20 ən islahatçı ölkə sırasında yer alması faktı onu göstərir ki, ölkəmizdə dayanıqlı inkişaf təmin olunur. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, dövlətin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahının təmin olunması durur və onun işinə ən böyük qiyməti Azərbaycan xalqı verir.
Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Belə sevincli günlərdən biri də dekabrın 24-üdür. Həmin gün İlham Heydər oğlunun ad günüdür. Bu münasibətlə əziz Prezidentimizi şəxsən öz adımdan təbrik edir, ona ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.
Abbas Mikayılov, Masallı rayonunun baş memarı
Ən çox oxunanlar
Son xəbərlər