Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar yenilənmədən, müasirləşmədən xəbər verir
Baxılıb: 466 Tarix: 24-12-2019 15:24
Azərbaycanda həyata keçirilən möhtəşəm layihələr hər şeydən əvvəl ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanındadır. Hər bir Azərbaycan vətəndaşı Prezidentin diqqət və qayğısı ilə əhatə olunub və şübhəsiz ki, hər bir vətəndaş da öz Prezidentinə inanır və arxalanır.
Azərbaycan Prezidenti hər zaman öz humanistliyi, xeyirxahlığı, nəcibliyi ilə dövlət məmurlarına nümunə göstərir, öz əməlləri ilə məmurlara sübut edir ki, onların əsas vəzifəsi vətəndaşlara xidmət göstərməkdir.
Ölkədə həyata keçirilən islahatlarda sosialyönümlülük özünü daha qabarıq şəkildə göstərir. Təkcə bu il vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əməkhaqqı, pensiyalar iki dəfəyə qədər artırılıb. Ölkənin iqtisadi gücü artdıqca vətəndaşların rifah halının yüksəldilməsi üçün ayrılan vəsaitin də məbləği artırılacaq. Qarşıya qoyulan əsas məqsəd hər bir vətəndaşın respublikamızın potensial imkanlarından faydalanmasını təmin etmək, onun güzəranını yaxşılaşdırmaqdır.
Son dövrlərdə sosial xidmətlərin əhatə dairəsi xeyli genişlənib. Bununla yanaşı, göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə nəzarət sistemi də gücləndirilib. Məqsəd bu sahədə mövcud nöqsanları aradan qaldırmaqla vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir. Bununla yanaşı, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda bu sahədə fəaliyyət mexanizmini yenidən qurmaqla təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Xüsusilə Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha geniş istifadə edilməsi nəzərdə tutulub. lidir. Həmçinin sosial obyektlərin tikintisi və təmirinə, sosial xidmətlərin təşkilinə, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası sahələrində aparılan işlərə xüsusi diqqət yetirilir.
Ümumilikdə sosial yardımın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işləri aparılır və proqramın əhatə dairəsini genişləndirməyə səy göstərilir. Eyni zamanda təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsinə diqqət yetirilir. Səbəb bu sahədə əvvəllər mövcud nöqsanları aradan qaldırmaqdır.
Möhtərəm Prezidentimizi ad günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanda inamla həyata keçirdiyi hüquqi dövlət, sivil cəmiyyət quruculuğu prosesində uğurlar arzulayıram.
Vaqif Babayev, ATİAHİ Sabunçu rayon komitəsinin sədri
Ən çox oxunanlar
Son xəbərlər