Almaniyada 248 min nəfər deportasiya mərkəzlərində saxlanılır - Bir hissəsi Azərbaycan vətəndaşlarıdır
Baxılıb: 598 Tarix: 26-12-2019 15:44
Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib.
Almaniya Federal Daxili İşlər Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.
Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.
Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 %-i əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqansıtan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.
Məlumatda vurğulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.
Federal Nazirliyikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri
icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.
Azərbaycanlıların da məskunlaşdığı deportasiya mərkəzi
Həm də yanvar-oktyabr aylarında federal polis Almaniyaya 32 945 icazəsiz girişi müəyyən edib.
Federal polisin bildirdiyinə görə, bu ilin ilk üç rübündə qanunsuz olaraq ölkəyə gələnlər Almaniyanın hava limanları (9183 nəfər), Almaniya-Avstriya sərhədi (8444) və Almaniya-Çexiya sərhədindən (3560) istifadə ediblər . Qeyri-qanuni olaraq gələnlərin əksəriyyəti Əfqanıstan (2 399 nəfər), Nigeriya (2 133), Türkiyə (1 721), Suriya (1 691), Albaniya (1 682) və İraq (1 651) vətəndaşları olublar.
Azərbaycan vətəndaşları könüllü ölkələrinə qayıdır
Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu il iyun ayının sonuna kimi aralarında 145 min sığınacaq istəyinin rədd edilən şəxs olmaqla, ümumilikdə 246 700 nəfər ölkədən çıxarılmalı idi.
Onlardan 119 mini haqqında qərar dəyişilib və qısa müddət üçün deportasiya prosesi dayandırılıb.
2020-ci ilə kimi Suriyaya deportasiya dayandırılıb. 21 mindən çox sığınacaq axtaran şəxs isə, könüllü olaraq öz ölkələrinə ayıdıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatına görə, hazırda aktiv olan “Start Hilfe Plyus” kimi könüllü qayıdış proqramlarından yararlanaraq ölkələrinə qayıdanların 60%-i Ermənistan, Azərbaycan və İraq vətəndaşlarıdır.
Ən çox oxunanlar
Son xəbərlər