99 saylı uşaq bağçasında “100 ballıq” Yeni il şənliyi
Baxılıb: 1 693 Tarix: 27-12-2019 15:18
Artıq 2020-ci il qapımızı döyməkdədir. Yeni ilin gəlişinə ən çox sevinən uşaqlardır desək, yanılmarıq. Çünki ilin dəyişməsi onlar üçün həm də Şaxta Babanın, Qar Qızın gəlişi, özləri ilə balacalara hədiyyə gətirmələri deməkdir. Ümumiyyətlə, çilçıraqlı, atəşfəşanlıqla əlamətdar olan bayramlar onların uşaq dünyasına böyük sevinc bəxş edir.
Dekabrın 26-da paytaxtın Yasamal rayonunda, H.Zərdabi küçəsi – 59 ünvanda fəaliyyət göstərən 99 saylı körpələr evi uşaq bağçasında keçirilən Yeni İl şənliyi də rəngarəng keçdi. Tədbirə qatılan valideynlər, qonaqlar balacalara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün əksik olmamasını arzuladılar.
Bağça müdirəsi Aygün Ələskərovanın təşkilatçılığı ilə yüksək səviyyədə düzənlənən bayram şənliyində kollektivin bütün üzvləri, ələlxüsus da Ulduzə müəllimə, tərbiyəçi Zərifə xanım fəallıqları ilə seçildilər. Balaca fidanlar da onların zəhmətini yerə vurmadılar. Onların söylədikləri Yeni illə bağlı şerlər, mahnılar, eləcə də ifa etdikləri mili və xarici rəqs nömrələri alqışla qarşılandı, nümayiş etdirdikləri səhnəciklər maraqla izlənildi. Uşaqlar Yeni il qəhrəmanlarının obrazlarını canlandıraraq, şənliyi daha da yaddaqalan etdilər. Şaxta Babanın və Qar Qızın dolu qucaqla şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və onlarla birgə rəqs etməsi tədbirə rəng qatdı.
Zeynəb Muradqısı
Ən çox oxunanlar
Son xəbərlər