Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Deputat seçilsəm, icra başçısı vəzifəsindən gedəcəm"

Baxılıb: 534     Tarix: 28-12-2019 11:31   

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülb. Qanunvehedef.az  xəbər verir ki, bununla bağlı Modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib:
"Siyahıda mənim də adımın olması sevinclə yanaşı böyük məsuliyyət hissi yaradır. Çalışacağam YAP tərəfindən mənə göstəilən bu etimadı doğruldum".
A.Məmmədov bildirib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada deputat seçiləcəyi təqdirdə icra başçısı vəzifəsindən istefa verəcək:
"Qanunvericiliyə görə, deputat seçilərəmsə, hazırkı vəzifəmdən azad olunmalıyam. Öz hesabıma məzuniyyətə çıxacağam, yaxud istefa verəcəyəm, buna YAP tərəfindən mənə rəsmi sənəd daxil olanda qərar verəcəyik".
Qeyd edək ki, bundan əvvəl 123 saylı Kəlbəcər Seçki Dairəsinin deputatı Cavid Qurbanov olub.шаблоны для dle 11.2