Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kirayə mənzillə ev sahibi kimlər ola bilər? - Ekspert

Baxılıb: 503     Tarix: 29-12-2019 11:16   
Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilləri göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarana bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq. CESD beyin mərkəzi məhz bunu nəzərə alaraq, kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər zamanı məlum olub ki, şərtlər çətinliklər yarada bilər:
“Şərtlərə əsasən müraciət edənlər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş qrupa kredit tarixçəsi olmayanlar daxildir. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.
Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi.
Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin”.
Subay vətəndaşın orta aylıq gəlirinin 50 faizi, evlinin isə 70 faizi…
V.Bayramov bildirib ki, şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tarixçəsinə uyğun olaraq, vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək:
“Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50%-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləği kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla 4 nəfər varsa, o zaman 4 nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir”.
Bu subay şəxslər müraciət edə bilməyəcək
V.Bayramov bildirib ki, çətinlik yaradan məqamlardan biri də kredit tarixçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilərin evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faizin eyni olmasıdır:
“Yəni müsbət kredit tarixçəsi olan vətəndaşımızın da, kredit tarixçəsi mənfi hesab olunan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarixçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni əgər vətəndaş subaydırsa və onun aylıq əmək haqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarixçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib, ona sahib ola bilməyəcək.
Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i əsas götürülür. Yəni aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əmək haqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləği 244 manat olacaq. Belə olan halda qənaətbəxş kredit tarxiçəsinə malik olan subay vətəndaşımız ayda 800 manat əmək haqqı alırsa, onun da kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək”.
İqtisadçı həmçinin bildirib ki, ailəli vətəndaşlar üçün 70%-in müəyyənləşdirilməsi də doğru deyil:
“Əgər ailədə 2 nəfər çalışırsa, onların birgə aylıq əmək haqqı 1500 manatdırsa və ailənin 4 üzvü varsa (2 valideyn, 2 uşaq), o zaman ailə üçün yaşayış minimumu 760 manatdır. 1500 manat 760 manat çıxıldıqdan sonra yerdə qalan gəlir 740 manatdır. Bu halda ailə maksimim 518 manat ödəniş qabiliyyətinə malik olan müraciətçi kimi götürüləcək. Bu isə o deməkdir ki, əgər 3 otaqlı mənzildə aylıq ödəniş haqqı 600 manat olacaqsa, ayda 1500 manat əmək haqqı alan və 2 uşağı olan ailə üçotaqlı mənzilə sahib ola bilməyəcək”.
Məhkumluq və rəsmi iş yeri şərti tələblərdən çıxarılsın
V.Bayramov deyilənləri nəzərə alaraq təklif edir ki, öncə faizlərin dəyişdirilməsi həyata keçirilsin. Çünki subay vətəndaşlarımız üçün müəyyənləşdirilmiş faizlər kifayət qədər sərtdir:
“Kirayə mənzillər həm də ona görə vacibdir ki, subay vətəndaşlarımız mənzilə sahib olub ailə qura bilsinlər. Amma mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır. Ailəli vətəndaşlarımıza münasibətdə də gəlirliliklə bağlı şərtlər kifayət qədər sərt olduğu üçün onların bu imkandan yararlanması çətinliklərlə müşayiət olunacaq.
Başqa çətinlik məhkumluğu olan vətəndaşlarımızın müraciət edə bilməməsi ilə bağlıdır. Fikrimizcə, bu məhdudiyyət diskriminasiyaya səbəb olur. Çünki hər hansı vətəndaşımız məhkumluq yaşayıbsa və islah olunubsa, həmin vətəndaşın yenidən işləmək, eyni zamanda mənzilə sahib olmaq hüququ var. Müraciət zamanı məhkumluğun meyar kimi nəzərə alınması arzuolunan deyil. Təklif edirik ki, bu məhdudiyyət tələblərdən çıxarılsın. Məhkumluq həyatı yaşamış vətəndaşlarımıza dəstək olmaq lazımdır ki, onlar yenidən cəmiyyətə inteqrasiya oluna bilsinlər.
Digər tərəfdən, hazırda paytaxtda qalan vətəndaşlarımızın böyük bir qismi rayondan Bakıya gələnlərdir. Aparılan monitorinqlər göstərir ki, həmin şəxslərin böyük bir qismi qeyri-formal məşğulluqda çalışırlar, yəni əmək müqaviləsi bağlanılmadan çalışırlar və ya əmək müqaviləsi bağlanılsa da, əmək müqaviləsində məbləğ tam olaraq göstərilmir. Ona görə də daha məqsədəuyğundur ki, qeyri-formal məşğulluq olan vətəndaşlarımızın da məhz bu imkanlardan faydalanmasına imkan yaradılsın. Çünki kirayədə qalan vətəndaşlarımızın bu layihə ilə mənzilə sahib olması vacibdir. Amma onlar öz gəlirlərini rəsmiləşdirə bilmirlər və ya rəsmi gəliri təqdim etməkdə çətinlikləri mövcuddur. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondunun monitorinq aparmaq və bir sıra hallarda kredit verilən zaman zəmanət vermə imkanları var. O baxımdan biz təklif edirik ki, yalnız rəsmi əmək haqqısı olan deyil, həm də qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımızın da bu imkanlardan faydalanması üçün mexanizm hazırlansın. Bu mexanizmləri tətbiq etməklə daha çox vətəndaşımızın, xüsusən də hazırda kirayədə qalan, mənzilə ehtiyacı olanların bu imkandan faydalanmasına nail olunsun”.шаблоны для dle 11.2