Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda adam oğurlayan qadına hökm oxundu

Baxılıb: 613     Tarix: 05-06-2018 12:25   
Bakıda adam oğurluğu və dələduzluqda təqsirli bilinən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Arifə Sadıqova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlılığı qətimkan tədbiri ləğv edilib və həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
İttihama görə, Arifə Sadıqova adam oğurluğu, dələduzluq və digər cinayətlərdə ittiham edilib. O, bundan əvvəl də bir neçə dəfə həbs olunub.
İstintaq sənədlərinə görə, Arifə Sadıqova bir neçə il əvvəl Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib. O, həmin yuvada qadınları fahişəliyə cəlb edib. Lakin ailə vəziyyəti nəzərə alınaraq həmin dövrdə o, həbs olmayan cəza növü ilə cəzalandırılıb.
Bundan sonra o, adam oğurluğu və dələduzluq cinayətlərinə imza atıb.
Belə ki, Arifə Sadıqova ötən il tanışı Aynurə Hüseynovanı oğurlayıb, onun ailə üzvlərindən xeyli miqdarda pul tələb edib.шаблоны для dle 11.2