Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İsraildə hökuməti qurmaq ona tapşırılır

Baxılıb: 982     Tarix: 08-11-2026 09:47   

İsrail Prezidenti İshak Hersoq yeni hökuməti formalaşdırmağı “Yaşar” partiyasının sədri Qadi Ayzenkota tapşıracaq.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Mandatın təqdimetmə mərasimi bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00-da) keçiriləcək.

Prezident administrasiyasının məlumatına görə, Hersoq qərarı barədə artıq Ayzenkotu və fəaliyyətdə olan Baş nazir Binyamin Netanyahunu məlumatlandırıb.

Mandatı rəsmi şəkildə aldıqdan sonra Ayzenkotun kabineti formalaşdırmaq üçün 28 günü olacaq. Lazım gələrsə, Hersoq bu müddəti daha 14 gün uzada biləcək. Hökuməti formalaşdırmaq üçün “Yaşar” partiyasının sədridigər partiyalarla razılığa gəlməli və Knessetdə çoxluğun dəstəyini təmin etməlidir.

Qeyd edək ki, daha əvvəl İshak Hersoqla keçirilən məsləhətləşmələr zamanı birləşmiş müxalifətin bütün partiyaları və hər iki ərəb siyasi qüvvəsi Ayzenkotun lehinə çıxış edib. Belə ki, onun namizədliyini yeni çağırış parlamentin 120 deputatından 67 nəfəri dəstəkləyib. Hazırkı Baş nazir Benyamin Netanyahunun namizədliyini 46 deputat dəstəkləyib, daha 7 nəfər isə tərəflərdən heç birinə dəstək ifadə etməyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}