Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

MM yeni Baş prokuroru müzakirə etdi - Qərar

Baxılıb: 873     Tarix: 01-05-2020 11:26   

Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxır.
Qanunvehedef.az xəbər verir ki, yeni baş prokuroru parlament üzvlərinə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.
Ədalət Vəliyev bildirib ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan prezidenti Baş prokuroru Milli Məclisin razılığı ilə təyin edir. O, qeyd edib ki, prezident Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisə təqdim edib.
Kamran Əliyevin prokurorluq orqanlarında uzun illərdir işlədiyini bildirən Ədalət Vəliyev Milli Məclisin deputatlarının namizədə səs verəcəyinə inandığını bildirib.
Hazırda Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsi məsələsi ətrafında Milli Məclisin vitse-spikeri Əli Hüseynli çıxış edir.
Vitse-spiker Ə.Hüseynli Kamran Əliyevi peşəkar mütəxəssis kimi qiymətləndirib: “Əminəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək”.
***
Milli Məclis Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxaraq onu dəstəkləyib.
Bununla da parlament birinci məsələnin müzakirəsini bitirib.
Yeni Baş prokuror haqqında parlamentdə cəmi 3 deputat çıxış edib.
Hazırda Kamran Əliyev parlamentdə çıxış edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar