Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hafiz Hacıyev həbs edilən başçı qohumundan nə dedi?

Baxılıb: 726     Tarix: 05-05-2020 13:21   
Ölkə Prezidenti icra başçılarına göstərdiyi qayğının müqabilində bu məmurların belə addım atması təəssüf doğurur.
Qanunvehedef.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”ın canlı yayımında qohumu, İmişli rayon icra başçısı Vilyam Hacıyevin həbsi iddiaları haqda deyib.
“Hər halda nöqsan var ki, DTX belə bir əməliyyat keçirib. 2 il öncə dediklərim təsdiqini tapıb. Bizə daxil olan məxfi məlumatlar əsasında qurumlarda neqativ olayların baş verdiyini deyirdik. Dəfələrlə deyirdim ki, rayondakı sistemlər bir-biriləri ilə əlaqələridir. Onlar əl-ələ verib Prezidentə yalan məlumatlar ötürürdülər”, - o bildirib.
Qeyd edək ki, Hafiz Hacıyev illərdir V.Hacıyevin rüşvətxor olduğunu bildirir və bir neçə dəfə onun mülklərinin siyahısını yayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar