Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yevlaxda qaraçılar polisə xəsarət yetirdi

Baxılıb: 731     Tarix: 21-05-2020 11:15   
Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.
DİN-dən Qanunvehedef.az-a bildirilib ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar