Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İTV-nin 1800 dollarlıq avadanlığını 60 manata satdı

Baxılıb: 547     Tarix: 22-05-2020 11:44   
Mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1 800 ABŞ dolları olduğunu bildiriblər.
Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb.
O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar