DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
Baxılıb: 800 Tarix: 04-06-2020 12:10
Dövlət Sərhəd Xidmə¬ti və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilmiş, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilmişdir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər