Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Onlara yenidən sosial dəstək verilməlidir - Deputat

Baxılıb: 590     Tarix: 19-06-2020 12:17   
Bu gün əsas müzakirə 2 həftəlik sərt karantin rejiminin tətbiq olunmasıdır. Düşünürəm ki, bu addım insanların sağlamlığının qorunmasıdır. Hesab edirəm ki, Milli Məclis də bununla bağlı bir müraciət ünvanlamalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, karantin rejimi təkcə səhiyyə deyil, həm də sosial və iqtisadi məsələdir:
“Əvvəlki karantin rejimində insanlara müəyyən yardım edildi, 190 manat verildi. Sonradan karantin yumşaldıdığı üçün bu məsələ gündəmdən çıxdı. Amma indi yenidən həmin vəziyyətə qayıdırıqsa, bu məsələyə də yenidən baxılmasına ehtiyac var. Düşünürəm ki, Məşğulluq Mərkəzindən işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməlidir. Bundan əlavə isə koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar