TV-lərin indiki durumunun səbəbi sizsiniz - Mir Şahin
Baxılıb: 559 Tarix: 09-06-2018 16:31
Televiziyaların bu gün bu vəziyyətə düşməsinin birinci səbəbkarı qeyri-peşəkar tamaşaçıdır.
Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib.
Mir Şahin onun televiziyasına təkrarın çox olması ilə bağlı iradlar səsləndirənlərə cavab vermək istədiyini bildirib:
“Xəbər istehsal edən televiziya həm də böyük bir meqamarketdir. Marketdə olan rəflərdə milyon dənə məhsul var. Məsələn, sizə diş təmizləyən fırça lazımdır, başqasına yağ lazımdır, digərinə diş pastası lazımdır və s. Yağın alıcısı marketin sahibinə əsəbləşməməlidir ki, niyə diş fırçası satır?! Market sahibi onu diş fırçası istəyən alıcı üçün satır. Televiziyada da elədir”.
Mir Şahin vurğulayıb ki, televiziyanın tamaşaçısı, eləcə də radionun dinləyicisi televiziyanın işinə qarışmamalıdır:
“Qırxayağın qırx ayağı var. Ondan birinci addımı hansı ayağı ilə atdığını soruşduqda çaşır, ümumiyyətlə, yeriyə bilmir. Televiziyalarımızın da əksəriyyətinin bu günə düşməsinin əsas səbəbkarı qeyri-peşəkar tamaşaçıdır. Bütün televiziya tamaşaçılarından xahiş edirəm, peşəkar tamaşaçı olun, peşəkar televiziyaçı olmağınız lazım deyil!”
Ən çox oxunanlar
Son xəbərlər