Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nərgiz Paşayeva mükafatlandırılıdı

Baxılıb: 810     Tarix: 09-06-2018 17:18   

"Birlik ulduzları" dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb.
Report xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.
N. Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatının laureatı olub.
Laureatların təntənəli mükafatlandırılma mərasimi iyunun 19-20-də Astanada MDB üzvü yaradıcı və elmi ziyalılarının XIII Forumunda keçiriləcək.
Qeyd edək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar