"General haqqında əsassız şübhələr, şayiələr yayanlar düşmənə işləyənlərdir"
Baxılıb: 1 070 Tarix: 15-07-2020 13:51
"Sosial şəbəkələrdə səslənən və yayılan bəzi ziyanlı yanlışlıqlar dərhal reaksiya tələb edir. Ona görə hərblə bağlı cari məsələlərə aydınlıq gətirmək istəyirəm".
"MediaPost" xəbər verir ki, bunu ehtiyatda olan zabit Nazim Bayram deyib.
O bildirib ki, sosial şəbəkələrdə ordumuzun yüksək rütbəli zabitlərinin şəhid olması haqqında əsassız şübhələrini, şayiələrini yayanlar düşmənə işləyənlərdir:
"Deyirlər ki, "necə ola bilər, generallar, yüksək rütbəli zabitlər vurulur". Çox sadə - müharibə də məhz belə olur. Hərbi planlarda qarşı tərəfin Komanda Məntəqələri (KM) prioritet hədəflərdən biridir və ilkidir. Düşmən havadan apardığı kəşfiyyatla ilk növbədə, bizim KM-i təsbit etməyə çalışır. Bizim də PUA-lar eyni işi görür. PUA-dan ötürülən koordinatlarla artilleriya, yaxud başqa vasitələrlə hədəflərə zərbə endirilir. Bu, bir hərb işidir".
N. Bayram hərbçi olaraq, millətin müharibə şəraitində hadisələrə qarşı necə davranmalı olmasına aydınlıq gətirib:
"Bəziləri generalın necə vurulması haqqında suallar verirlər. Deyirlər, "xəyanət olub".
Birincisi, müharibədə necə vurulur, niyə vurulur, açıqladım. PUA-lar lazımi məntəqələri aşkar etməyə çalışır və seçilən hədəf vurulur.
Bunları bilmədən, anlamadan, ölkənin, hamının fikri cəbhədə olan vaxt xəyanətdən danışmaq təşvişə və daxili təxribatlar yaymağa bərabərdir. Bu isə yalnız və yalnız düşmənə hava-su kimi lazım olandır. Belə təxribatçılar və onların şübhələrini, şayiələrini bilmədən yayanlar düşmənə işləyirlər. Bunu qətiyyən şişirtmədən deyirəm.
Hərbçi kimi deyirəm - millət müharibə şəraitində diqqətli, soyuqqanlı olmalıdır. Ağrılarını, narahatlıqlarını nə düşmənə, nə də cəmiyyətə bildirməməlidirlər. İnsanlar mənfi bir söz eşidəndə o saat onu yaymamalıdırlar. Səbrini basıb, səhv-düz çıxacağını gözləməlidirlər. Bunlar müharibə şəraitinin elementar tələbləridir. Baxmayın ki kimsə bunlara riayət edir, ya yox, siz edin. Hər kəs öz payına eləsin. O zaman ortam durular, aramızdakı təxribatçıları təsbit edərik".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər