General Aydəmirov: Fikirlərim təhrif edilib...
Baxılıb: 660 Tarix: 19-07-2020 13:55
Mənim medialardan birinə verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər ümumi konteksdən çıxarılaraq kobud təhrif olunmuş şəkildə bəzi mətbuat orqanlarında yayılıb.
Bunu sözləri hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Belə ki, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olanlar, xüsusilə general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı mənə aid olmayan güman və mülahizələr adımdan ictimaiyyətə təqdim edilib.Dövlət rəhbərliyi tərəfindən dəfələrlə hərbi mövzuya həssaslıqla yanaşılması, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyinə baxmayaraq, hələ də bu mövzudan yazarkən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiqliyə və səhlənkarlığa yol verənlər tapılır.
Hazırda müharibə şəraitində yaşadığımızı, xüsusilə son günlər cəbhədə baş verən gərginliyi və düşmən qüvvələrin bu kimi təhrif olunmuş məlumatlardan öz pis niyyətli əməllərində istifadə edəcəyi ehtimalının diqqətə alınmalı olduğunun vacibliyini hesab edirəm.
Mətbuatda mənim adımdan bu mövzuda gedən yazıların və ya məqalələrin həqiqətə uyğun olmadığını, fikirlərimin təhrif edildiyini nəzərə alaraq bütün media qurumlarından bu yazıların çıxarılmasını xahiş edirəm. Gələcəkdə də belə məsələlərə həssaslıqla yanaşılacağına ümid edirəm.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər