Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda beynəlxalq uçuşlar nə zaman bərpa edilir?- Operativ Qərargahdan AÇIQLAMA

Baxılıb: 572     Tarix: 27-07-2020 11:07   

Xəbər verdiyimiz Azərbaycanda ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Krantin rejiminə görə beynəlxalq uçuşlar dayandırılıb. Artıq bir neçə qonşu dövlətlər beynəlxalq uçuşları bərpa edir. Azərbaycanda avqustun 31-dən sonra beynəlxalq uçuşlar bərpa edilə bilərmi?
Bununla bağl  danışan deputat Müşfiq Cəfərov bildirib ki, dərslər sentyabrın 15-dən başlayırsa xaricdə oxuyan tələbələrimiz də nəzərə alınmalıdır:
"Tələbələrin təhsil aldıqları ölkələrə geri dönməsi üçün beynəlxalq uçuşların bərpası vacibdir. Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 31-nə kimi də ümumi karantin rejimi davam edəcək. Amma hazırda sərt karantin rejimi yumşalmağa doğru gedir. Bu yumşalma dünya səviyyəsindədir.
Bilirsiniz ki, bir çox dövlətlər beynəlxalq uçuşları bərpa edir. Məktəblər açılır. Azərbaycan da dünyanın bir parçasıdır. Bizdə də mərhələli şəkildə karantin rejimi yumşaldılır. Əlbəttə normal həyatımıza tez qayıtmağımız insanlardan asılıdır. Çünki bir çox ölkələrdə insanlar qoyulan qaydalara əməl edir və nəticəsi də var. Biz də artıq müsbət nəticələr əldə etmişik. Gün ərzində sağalanlar yoluxanlardan çoxdur. Hesab edirəm ki, bu müsbət dinamika davam edərsə beynəlxalq uçuşlar bərpa edilə bilər. Əlbəttə bunun üçün də insanlarımız qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməsi vacibdir".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələ ki, heç bir məlumat yoxdur: "Beynəlxalq uçuşlarla bağlı qərar verilərsə ictimaiyyətə məlumat veriləcək".

Qanunvehedef.azшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar