Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı - Qərar

Baxılıb: 801     Tarix: 28-07-2020 15:31   

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin həbs olunan daha bir neçə üzvünün apelyasiya şikayətinə baxılıb.
Qanunvehedef.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda Telman Seyfullayevin apelyasiya şikayətinin dəlilləri araşdırlıb.
Onun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.
Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Məhəbbət Nağıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət rədd olunub.
Hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan iclasda isə Ceyhun Novruzovun və İlkin Əliyevin şikayətinə baxılıb.
Hər iki təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar