Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Tovuz təxribatı nüfuzlu “Karfitsa” jurnalında

Baxılıb: 714     Tarix: 29-07-2020 16:33   

Yunanıstanda fəaliyyət göstərən “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədovun Yunanıstanın “Karfitsa” jurnalında “Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdi ilə bağlı” başlığı altında məqaləsi dərc olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.
O bildirib ki, məqalədə Azərbaycanın Tovuz istiqamətində apardığı haqq mübarizəsi əks olunub:
“Müəllif məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək, artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdindən bəhs edib. Bundan başqa, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənin geri oturdulması, canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilməsi barədə qeyd edilib”.
E.Eltürk onu da bildirib ki, cəmiyyət sədri məqalədə Azərbaycanın beynəlxalq uğurlarına diqqət çəkib:
“Müəllif Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabaddakı MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini, faşist simasını ifşa etməsi və dünyanın aparıcı beynəlxalq qurumlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsinin xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyduğunu bildirib”.
Sözügedən məqalə ilə bu linkdə tanış ola bilərsiniz:шаблоны для dle 11.2