Məhkəmə polisin yazdığı cəriməni ləğv etdi

Baxılıb: 538     Tarix: 03-08-2020 15:30   

Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə və ya icaze.gov.az portalında işinə dair icazə əsasında hərəkət etməsi mümkündür. Əks halda, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaş həmin şəxsi İnzibati Xətalar Məcəlləsinə görə cərimə edir. Bu müddər ərzində əsassız olaraq cərimələndiklərini iddia edən vətəndaşlar da olub. Onlardan biri belə protokolun ləğvinə nail ola bilib.
Qanunvehedef.az xəbər verir ki, Quba rayon sakini olan və Bakıda bankların birində sürücü işləyən şəxs Quba rayon məhkəməsinə müraciət edərək onun barəsində polis əməkdaşının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib etdiyi protokolun ləğv edilməsini istəyib.
Həmin şəxs iddia ərizəsində bildirib ki, işlədiyi banka məxsus “Mitsubişi L200” markalı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılıb. Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşulub. O isə bankda sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim edib. Buna baxmayaraq polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul edib. Həmin qərarın surəti isə sonda ona təqdim edilməyib. Yalnız həmin gün ərzində inzibati xəta haqqında portokolun tərtib olunması haqda mobil telefonuna SMS göndərilib.
İddiaçı şəxs qeyd edib ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş protokol ləğv edilməlidir. İşə baxılmasının yeri və vaxtı barədə protokol tərtib edən polis əməkdaşına və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməyib və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməyib. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib.
Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökümətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, iddiaçı şəxsə cərimə prokotolu yazıldığı müddətdə icazə verilib.
Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir.шаблоны для dle 11.2