Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Deputat bəzi qurumlara müraciət ünvanladı

Baxılıb: 654     Tarix: 10-08-2020 14:42   

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son bir həftədə 250-dən çox vətəndaşla onlayn qaydada görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Qanunvehedef.az xəbər verir ki, bundan başqa, Q.Paşayevanın köməkçisi tərəfindən də 200-ə yaxın müraciət dinlənilib. Millət vəkili həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların istəkləri ilə bağlı isə millət vəkili Q.Paşayeva rəsmi müraciətlər göndərib.
Deputat müzakirələr zamanı vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları virusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar