Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsmayıllıda polis ictimai nəqliyyatda reyd keçirdi

Baxılıb: 793     Tarix: 17-08-2020 10:58   

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə,rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan 8 sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar