Xəbər lenti
03/05/2026 [13:32]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Cəlilabadda əkin sahələrindən oğurluq edən şəxs saxlanıldı

Baxılıb: 553     Tarix: 31-08-2020 10:01   

Cəlilabad rayonunda kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu faktları törədən şəxsin ifşa olunması istiqamətində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini R.Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib. Oğurlanan su nasoslarının bir qismi R.Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}