Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirlik DTX-nin əməliyyatı ilə bağlı açıqlama yaydı

Baxılıb: 803     Tarix: 04-09-2020 12:03   

Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir.
Qanunvehedef.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
"Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur", - deyə nazirlik rəsmisi əlavə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar