Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baş Prokurorluq əhaliyə xəbərdarlıq etdi

Baxılıb: 538     Tarix: 09-12-2020 12:09   

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə genişmiqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.
Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejiminin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanıb",
 - Mətbuat Xidmətindən bildirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}