Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əli Nağıyev Rüstəm Muradovla görüşdü - Foto

Baxılıb: 651     Tarix: 09-12-2020 13:07   

DTX rəisi, general-polkovnik Əli Nağıyevin Qarabağdan yeni fotoları yayılıb. Həmin fotolarda o, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradovla bərabərdir. Ehtimal olunur ki, DTX rəisi Şuşadan sonra Qarabağa daha bir səfər həyata keçirib.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, fotoların çəkildiyi ərazi barədə dəqiq bilgi yoxdur. Bəzi ehtimallara görə, fotoların çəkildiyi məntəqə Laçın rayonu ərazisidir.
Onu qeyd edək ki, bəzi qaynaqlar indiyə qədər Rüstəm Muradovun ancaq Qarabağdakı qanunsuz və qondarma rejimin təmsilçiləri ilə görüşdüyünü yazır və haqlı olaraq sual verirlər: Rüstəm Muradov niyə heç Azərbaycan yetkililəri ilə görüşmür?
Geniş ictimaiyyət ilk dəfə belə bir fakt əldə edir. Rüstəm Muradov Azərbaycan DTX rəisi Əli Nağıyevlə görüşür, fotodan da göründüyü kimi, onu tabeçiliklə dinləyir.
Qeyd: fotofaktlar ictimaiyyətə çatdırılmırsa, bu o demək deyil ki, Rüstəm Muradov Azərbaycan yetkililəri ilə görüşmür.
Qarabağ Azərbaycandır, orada olan hər kəs Azərbaycan qanunlarına tabedir və dövlətimiz qarşısında hesabatlıdır.
Sadəcə, proses getdiyi üçün görünür, bu barədə vaxtından əvvəl açıqlamalar verib, İrəvandakı erməniləri daha da qızışdırıb, prosesi (erməni hərbçilərinin Xankəndini və digər ərazilərimizi tərk etməsi) pozmaq istəməyiblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar