Xəbər lenti
23/06/2026 [17:37]
Leyen İrəvana gəlir
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bir millət, iki dövlət. Zəfər paradı” - Poçt markası

Baxılıb: 475     Tarix: 11-12-2020 11:10   

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərmarka MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.
Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.
Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar