Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İş adamı Səfər Əlirzayev qaziyə maşın hədiyyə etdi

Baxılıb: 1 367     Tarix: 11-12-2020 13:26   

İş adamı Səfər Əlirzayev Zəfər bayramı münasibətilə təqdirəlayiq addım atıb.
Qanunvehedef.az Axar.az istnadən xəbər verir ki, iş adamı Vətən müharibəsində döyüşərək yaralanan qaziyə avtomobil hədiyyə edib.
Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi Səfər Əlirzayev müharibənin gedişatında və döyüşdən sonra müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə dəstək olub.
İş adamı Zəfər bayramı ilə əlaqədar Vətən müharibəsində qəhrəmanlıq və rəşadət göstərən baş leytenant Mehdiyev Şəhriyar Bəxtiyar oğluna minik avtomobili bağışlayıb.
Şirkətdən verilən məkumatda bildirilib ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatıb, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi: "30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük şanlı qəhrəmanlıq savaşımız tarix boyu qürur mənbəyimiz olaraq qalacaq.
Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsinin davam etdiyi 44 gün müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusu darmadağın edildi, alınmaz hesab etdiyi istehkamları başlarına uçuruldu.
Rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad edildi, strateji mövqelər ələ keçirildi, düşmənin canlı qüvvəsinin, düşmən tərəfində vuruşan terrorçuların böyük hissəsi məhv edildi.
27 il işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Respublikasının üçrəngli bayrağı, zəfər bayrağımız dalğalanır!
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mükəmməl sərkərdəlik məharəti və sarsılmaz qətiyyəti sayəsində, öz qanı və canı bahasına qəhrəmanlıq dastanı yazan rəşadətli Azərbaycan əsgəri 08 noyabr 2020-ci il tarixdə mədəniyyətimizin beşiyi, hər bir azərbaycanlının qürur mənbəyi olan qədim Şuşa qalasına qələbə bayrağımızı sancaraq Azərbaycanın Silahlı Qüvvələrinin qüdrətini, Azərbaycan xalqının əzmini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi əhəmiyyət daşıyır.
Şuşanın azad olunması, şəhidlərimizin intiqamının alınması ilə bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərimizin daha bir müqəddəs vəsiyyəti yerinə yetirildi!
Azərbaycan döyüş meydanında tarixi qələbə qazandı! Ali Baş Komandanımızın dediyi kimi: "İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!"
Qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Silahıl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsidir.
Məhz cənab Ali Baş Komandanın qüsursuz sərkərdəlik və diplomatik səriştəsi sayəsində Ermənistanın bütün təxribatlarına baxmayaraq heç bir dövlət münaqişəyə birbaşa müdaxilə etməyə cəsarət etmədi.
Azərbaycan xalqı şəhidlər verərək qələbə qazandı! Şəhidlər öz həyatları bahasına qələbəni təmin etdilər!
"Vətən, sənə canım fəda" hayqıraraq ölümə atılan və bir daha dönməyən minlərlə qəhrəman, Vətən analarının qucağında uyumağı seçən həmin mərd oğulları dünyaya gətirən, gözlərindən kədər yaşı axsa belə, "Vətən sağ olsun" deyən şəhid anaları haqqınızı halal edin!
Bundan sonra ən azı minil bu torpaqlarda at oynada, meydan sulaya bilərik, ona görə ki, bu torpaqların hər qarışı şəhid qanı ilə qarışıb, şəhid qanı ilə Vətən torpağına çevrilib!
44 gün, 44 gecə bir an belə dayanmadan, tərəddüd etmədən, düşmənə aman vermədən Zəfərə doğru addım-addım yürüdülər! Hər qarış torpağı öz qanları ilə sulayaraq, əsarətdə qalan Vətən torpaqlarına öz qanları ilə can verərək, torpağı canlandıraraq yürüdülər!
Onlar şəhadətə yüksəlməklə Azərbaycanı, Azərbaycan xalqını, Türk dünyasını tənbehdən qurtardılar!
Onlar şəhadətə qovuşmaqla öz qanları ilə tarixin qızıl səhifələrinə min illər boyunca şərəflə xatırlanacaq səlnamə yazdılar! Bundan sonra nə etsək də, nə desək də, qanları ilə imza atdıqları bu qəhrəmanlıq səlnaməsinin yanında sönük qalacaq, haqqınızı ödəyə bilmərik!
Azərbaycanımızın bütün bölgələrindən olduğu kimi naxçıvanlı hərbçilər, o cümlədən nehrəmlilər Vətən müharibəsində qəhrəmanlıq və rəşadət göstərib. 4 nehrəmli qəhrəman şəhidlik zirvəsinə yüksəlibmiş, bir çoxu yaralanıb.
Müharibənin gedişatında xalqımız da ordumuzla birlik nümayiş etdirib, hərbi qulluqçularımıza arxa və dayaq olublar. Belə şəxslərdən biri də Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi Səfər Əlirzayev olub. O, müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə bundan sonra da dəstək olacağını vurğulayıb".шаблоны для dle 11.2