Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

20 yaşlı Şəhid Təbriz: Harada və necə döyüşüb?

Baxılıb: 578     Tarix: 16-12-2020 12:36   
Qarabağ uğrunda şəhid olan igidlərimizdən biri də 20 yaşlı Təbrizdir.
Qanunvehedef.az xəbər verir ki, Təbriz İldırım oğlu Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
Ailəsi bir müddət sonra Mingəçevir şəhərinə köçüb və Təbriz orta təhsilini də elə orada alıb. 2017-ci ildə orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Anası Ülviyyə xanım deyir ki, Təbriz evin ilki olub:
“Tərbiyəli, ağıllı oğlan idi. Müharibə başlayandan 2 gün sonra oğlum döyüşə yollandı. Atası aparmışdı müharibəyə, elə atası da gətirdi... 18 gün axtarışdan sonra tapdıq balamı. Xaloğlusu Orxanla eyni gündə getmişdilər. Sevinirdik bir yerdə olmaqlarına, amma fələk ayırıbmış onları. Döyüşlərin birində Orxan Təbrizin arxasınca gedərkən şəhid olub.
Arzuları var idi, işləyəcək, ailə quracaqdı... Qismət olmadı. Telefonla danışanda hər dəfə “Şəhid olsam...” cümləsi ilə başlayırdı. Sanki hiss edibmiş öncədən.
Evimizin nəşəsi, sevinci idi. Danışan, gülən, şən biri idi oğlum. O gedəndən evimizdən gülüş səsləri kəsilib. İndi ondan yalnız xatirələri qalıb, danışdıqca bitmir”.
Təbriz Şuşa uğrunda döyüşlərdə iştirak edib. Yoldaşları danışır ki, o həm döyüşüb, həm də yaralı əsgərləri daşıyıb.
“20 yaşı olmasına baxmayaraq, elə döyüşüb ki, sanki dəfələrlə müharibədə iştirak edib. Sanki hazırlıqlı idi bu günə. Bizi darıxmağa qoymurdu, kefimiz olmayanda çalşırdı üzümüzü güldürsün. Hamımızdan balaca idi, amma ürəyi bəlkə də hamımızdan böyük...” – deyə xidmət yoldaşlarından biri danışıb.
Təbrizin özündən başqa bir qardaşı var.
Qeyd edək ki, Təbrizin nəşi 18 gün axtarışdan sonra tapılıb. Şəhidimiz noyabrın 26-sı Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!шаблоны для dle 11.2