Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Şəhid və qazilərin ailələri üçün təsərrüfatlar yaradıldı

Baxılıb: 617     Tarix: 16-12-2020 13:01   
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, həmin şəxslər növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar. Qısa müddətdə onlara mal və materiallar, avadanlıqlar verilib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Ağazadənin atası Kamal Ağayev, habelə şəhid Ramid Əliyevin anası Qətibə Əliyeva, şəhid Ayxan Qurbanzadənin həyat yoldaşı Kəmalə Səmədova və Vətən müharibəsi iştirakçısı Əhliman Quluzadə üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar qurulub.
Agentlik post müharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı Tədbirlər Planı əsasında bu kateqoriyalardan olan vətəndaşların aktivlərlə təminatı, habelə proqrama cəlb edilməsi işlərini davam etdirir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar