Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qarabağda yeni yollar çəkiləcək

Baxılıb: 728     Tarix: 18-12-2020 11:36   
Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov bildirib.
“Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisya qədər - 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır”, - o, qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.
"Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur", - H.Rüstəmov əlavə edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar