Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xalq artisti korondan vəfat etdi

Baxılıb: 676     Tarix: 22-12-2020 11:26   
Koronavirusa yoluxan Azərbaycanın xalq artisti Sabir Əliyev vəfat edib.
Qanunvehedef.az xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
S.Əliyev bir neçə gün öncə COVİD-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və o vaxtdan (42 ildir) teatrın muğam bölməsinin solistidir.
Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yaddaqalan obrazlar - “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) müxtəlif rollar oynayıb.
S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib.
S.Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.шаблоны для dle 11.2