Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İcra başçısının həbs müddəti artırılır

Baxılıb: 710     Tarix: 24-12-2020 13:16   

İstintaq orqanı Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verib. 
Qanunvehedef.az xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Prezident İlham Əliyev avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərovn Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar