Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Millət vəkili şəhid atasına məktub yazdı

Baxılıb: 409     Tarix: 25-12-2020 12:57   

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid hərbi qulluqçu Cavad İbadovun qardaşı Cavid İbadzadə ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, Qənirə Paşayeva şəhid qardaşını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, onun salamlarını ailə üzvlərinə çatdırmağı xahiş edib. Millət vəkili şəhidin atası Cabir İbadova ünvanladığı məktubu Cavid İbadzadəyə təqdim edib.
Q.Paşayevanın şəhid atasına ünvanladığı məktubda deyilir:
“Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiniz. Biz Sizə minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin oğlunuz artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Biz bilirik ki, sizin oğlunuz həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən hərbi qulluğa qayıdıb və Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə xidmət edib. Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olan igid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Cavada, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Cavad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!”
Şəhidin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi ilə yanaşı, RHİMİB adından da məktub ünvanlanıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar