Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Heydər Əliyev Fondunun müşaviri təltif edildi

Baxılıb: 884     Tarix: 28-12-2020 16:13   

Əməkdar incəsənət xadimi, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Məmmədov Emin Səlhab oğlu Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Qeyd edək ki, E.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
E.Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar