Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq - FOTO

Baxılıb: 559     Tarix: 10-02-2021 15:28   

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, şəhidin Dövlət Sərhəd  Xidmətinə aid olan hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.
Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbəridir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar