Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA EDİLMİR? – Şirvan ziyalıları yerli ekstrasensin müdafiəsinə qalxdılar

Baxılıb: 413     Tarix: 24-05-2021 13:36   

 “Telman Atamalıyev Şirvan şəhərindən çıxmış ilk ekstrasensdir. Xüsusi qabiliyyət, uzaqgörənlik, ağıllı düşüncə tərzi, həssaslıq və yüksək duyum tələb edən bu peşənin sirləri çoxdur. Ona görə də ekstrasenslər adi adamlardan fərqlidirlər. Bir çoxlarının görə bilmədiklərini və hiss etmədiklərini onlar qabaqcadan görür və bilirlər. Telmanda da bu əlamətlər və hissetmə qabiliyyəti çox güclüdür. Onun bu sahədəki bilik və bacarığına bir çox tanınmış adamlar və mütəxəssislər yüksək qiymət vermiş və dəyərləndirmişlər. Amma nə edəsən? Həyat həmişə yaxşı insanlarıbn üzünə gülmür, belələri daha çox əziyyətdə olurlar. Telmanın həyatı ilə tanışlıq da bunu göstərir, sanki ehtiyac və qəm yükü daşımaq, problemlər içində çabalamaq, narahat günlər belə insanların taleyinə yazılmışdır. Görünür, bunda da bir uyğunluq var...”

Şirvan şəhərindən olan bir qrup ziyalının Şirvan şəhəri, 1 May küçəsi, ev 1 və ev 1A ünvanda yaşayan Telman Atamoğlan oğlu Atamalıyev haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına,Şirvan Apellyasiya Məhkəməsinə ünvanladıqları xahişnamənin əvvəli bu sözlərlə başlayır. Bir surətini də “Qanun və Hədəf” qəzeti redaksiyasının elektron poçtuna göndərdikləri, ictimailəşdirilməsini xahiş etdikləri həmin müraciətdə bildirilir:

“Böyük Yaradan dərd-səri və ağır zəhmət yükünü o adamların çiyninə yükləyir ki, belələri ona tab gətirsin və onu daşıya bilsin. Hələ gənclik illərindən çətinliklərlə üzləşən, həyatı ağır və məşəqqətli keçən Telman həyatda heç yaxşı bir gün görməmişdir. Kasıblıq həyatı, ev-eşiyin qaydasında olmaması, yaxınları tərəfindən daim narahat edilən və incidilən Telman elə buna görə də özünə həyat qura bilməmiş, günlərini tənhalıqda keçirməyə məcbur olmuşdur. Elə bil ki, problem özü onu axtarıb tapır.

Uzun müddət ağır sınayedə, xüsusilə ağır işdə işləsə də, faktiki iş stajının təsdiqi üçün haqsız olaraq təşkilatlara ayaq döymüş, get-gələ salınmışdır. Dəfələrlə məhkəmələrə müraciət etmiş və haqlı olduğunu da sübut etmişdir.

Amma nə edəsən, büroktratik əngəllər və bəzi məmurlar yenə də onu incitməkdə davam edirlər. Məhkəmə qərarını vecinə almayan əlaqədar təşkilatlar süründürməçiliklərini davam etdirir, məhkəmənin haqlı qərarlarını yerinə yetirməkdən qaçırlar. Adi iş stajını təsdiqlətmək üçün nə qədər əziyyətlərə qatlaşıb, get-gələ salınmışdır. Maddi vəziyyətini əmək pensiyası ilə qaydaya salmaq ümidində olan Telman Atamalıyevin bu ümidi də yerinə yetirilmir. Baxmayaraq ki, neçə ildir ortada məhkəmə qararı vardır. Ehtiyac və imkansızlıq ucbatından özünə şəxsi həyatı belə qura bilməmişdir. Ata evi baxımsızlıq ucbatından xaraba vəziyyətinə salınıb, yaşamaq üçün lazım olam qaz, 3 ayrı-ayrı elektrik enerjisi xətti, su-kanalizasiya xətləri kəsilmişdir. Əslində təmiz ürək və gözəl əxlaqa sahib olan bu adam bu gün bizlərdən kömək gözləyir, qayğı və diqqətə möhtacdır. İnsanlıq xatirinə, gəlin ondan köməkliymizi əsirgəməyək”.

“Qanun və Hədəf”шаблоны для dle 11.2