Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rövşən Əkbərovun məhkəməsinin vaxtı AÇIQLANDI

Baxılıb: 638     Tarix: 05-07-2021 10:42   

Həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.
Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.шаблоны для dle 11.2