Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şairənin həyətinə Əbabil quşu düşdü, ETSN təhvil almır...

Baxılıb: 439     Tarix: 07-07-2021 11:26   
Şairə Nazilə Səfərli həyətinə dünyanın nadir quş növündən olan Əbabil quşu düşdüyünü deyib.
Qanunvehedef.az xəbər verir ki, şairə bununla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etdiyini, amma ona cavab verilmədiyini vurğulayıb.
“Qapımıza Əbabil quşu düşüb. “Nazirliyin “qaynar xətti”nə zəng edib demişəm. Cavab verdilər ki, sizə gün ərzində cavab veriləcək. Amma vermədilər. Quşun dimdiyində bir torba qızıl gəlsəydi, verməsəydim, məni həbs edərdilər. Bu quş təbiətindir, təhvil alın. Təbiətin sərvətini qorumaq borcunuzdur”, - N.Səfərli qeyd edib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Nazilə Səfərli ilə bu gün ETSN əməkdaşları görüşəcək:
“Nazilə Səfərli ilə şəxsən özüm danışdım. Bu gün nazirliyin əməkdaşları həmin quşu təhvil alacaqlar”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar