Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müharibə bitdi, nadürüstlər ortaya çıxdı...

Baxılıb: 404     Tarix: 09-07-2021 11:46   
Son günlər, bəlkə də aylar söz adamlarının Vətən müharibəsindəki qardaşlığımızın, birliyimizin, qəhrəmanlığımızın və bir-birimizə sevgimizin sözün hər mənasında xiffətini çəkirlər və bunuaçıq şəkildə ifadə də edirlər. Bir neçə dəqiqə öncə Aynur Camalqızı bunabənzər bir status paylaşdı.
Doğrudan da elədir: sanki biz cəmi 8 ay öncəki insanlar deyilik; sanki bir-birimizə sevgimiz 10 noyabrda bitdi; sanki Şuşanı almaq üçün şəhidini-qardaşını çiyninə alıb, sıldırım qayanı dırmaşanlar “yad adamlar” idi...
İş o yerə çatır ki, “radikal müxalifət” də aktivləşir, cəmi 10 ay bundan öncə yalnız yuxularda gördüyümüz Qələbəni bu xalqa nəsib edən İlham Əliyevə “sən 18 ildir bu xalqa nə etmisən ki” deyə sual verməyə özlərində cəsarət tapırlar.
Adam şoka düşür: siz doğrudanmı İlham Əliyevin nələr etdiyini qanmırsınız? Siz doğrudanmı dərhal cılızlaşıb, şəxsi kininizin və ambisiyalarınızın üzərindən savaşa başlamısınız? Siz doğrudanmı bu xalqı manipulyasiya edəcəyinizi düşünürsünüz?
Ötən gün “Avropa Maras” dünyanın ən vətənpərvər xalqını müəyyənləşdirib. Azərbaycan xalqı bilirsinizmi neçənci yerdədir?
BİRİNCİ! İLK YERDƏ! ƏN BAŞDA!
Araşdırmanın nəticəsinə görə, Azərbaycan xalqının 85 faizi heç nə düşünmədən, bir an tərəddüd etmədən, gözünü qırpmadan Vətən naminə canını verməyə hazırdır. Türkiyə kimi başdan başa Ordu Dövləti olan qardaş xalqın bu sırada dördüncü, Rusiya kimi dünya nəhənginin altıncı sırada olduğu bir siyahıda Azərbaycan xalqının birinci olması nə deməkdir, anlaya bilirsinizmi?
Biz buyuq, bizim gücümüz, ruhumuz budur və buna görə minnətdar olduğumuz gənclərdir, Ordumuzdur və əlbəttə ki, İlham Əliyevdir! İlham Əliyevin Vətən sevgisi dünyaya bir nümunədir, örnəkdir, tədris edilməlidir; onun Şuşa sevgisi dərsliklərə salınmalıdır; onun Vətənin dağına, daşına, ağacına sarılması inanılası mümkün olmayan Böyük Ruhdur!
Bəs, niyə bu böyük Vətən sevgisi qarşılığında aydınlarımızdan giley-güzar eşidirik? Onlar haqsızdırlarmı?
Qətiyyən haqsız deyillər, əksinə, sonuna qədər haqlıdırlar.
Müharibə - bütün dəhşətlərinə baxmayaraq, xalqın yaşamında oynadığı rol misilsizdir və bu barədə həddən artıq çox fikirlər deyilib. Müdriklərin o yanaşmasını təkrarlamadan, yalnız bir məsələni qabardaq: Vətən çağıranda məhz o böyük çoxluq – ki Azərbaycanda bunun 85 faiz olduğunu təsdiqlədilər – ayağa qalxır, sinəsini qabağa verir, dövləti üçün canından keçir, özünü qoruyur, sevgisini Vətənin üzərinə çəkib, ən böyük təhlükələrdən qoruyur. Vətən üzərinə çəkilən o sevgi S-500-dən də, Dəmir Qübbədən də milyon dəfələrlə güclü silahdır və bu silah hər zaman xalqımızın içində olub.
Amma təhlükə bitəndən, Vətən qalib olandan, Qələbə əldə ediləndən sonra o 85 faiz özünə çəkilir. Çünki o çoxluq təmənnasızdır, Vətəni qarşılıqsız sevir, zərurət olmayanda özünü gözə soxmur, heç kimdən heç nə ummur, istəmir, bu Vətənin daşı üstdə xırdaca “mamır” olmağı hər şeydən üstün tutur.
Bu təmannasız çoxluq, mərd çoxluq, ləyaqətli çoxluq təhlükə adlayan kimi geri çəkilib, yerini fürsətcil, ambisiyalı, şəxsi maraqlarını hər şeydən üstün tutan, yalnız öz xeyrini güdən, Vətəni satmağa belə hazır olan milli düşüncədən kənar, sevgisiz, nifrətdən yoğrulmuş azlığa verir. Bu azlığın içində aşırı kospomolitlər, dələduzlar, var-dövlət hərisləri, özünü hər yerə soxan istedadsızlar, həmçinin LGBT-çilər, məişət pozğunları, əxlaqda payı olmayanlar var. Onlar dövriyyəyə girir və sosial şəbəkələrdə bu xalq haqda tam yanlış bir təəssürat yaradırlar. 85 faizlik çoxluq bunları görmürmü?
Görür əlbəttə, bəziləri də bayaq xatırlatdığım aydınlar misalı ağrınır, narahat olur. Amma böyük anlamda əhəmiyyət vermir, onların qarşısına çıxmır, bu sevgisiz ünsürlərin şər davasında tərəf olmur. Çünki onların mövcudluğunu qəbul etmir, varlığını saymır, onları adam yerinə qoymur.
Çoxluq gülüb keçir, öz təmənnasız həyatını yaşayır, o azlığın var, şan, haqqı olmayan mənsəb və status davasına tüpürüb, cəfasını çəkdiyi Vətənin səfasını onların görməsinə şərait yaradır.
Əlbəttə, Vətənin cəfasını çəkənlərin səfasını görməsi İlahi ədalət olardı. Amma İlahi ədalət bu dünyada olmur axı! İstedadlı, qabiliyyətli, adam kimi adamlar gözə və haralarasa girməyi bacarmırlar axı! Ona görə hər zaman deyilib ki, istedadlılara arxa olun, istedadsızlar özləri layiq olmadıqları yeri onsuz da tutacaqlar!.
Baxın, müharibə bitib, indi meydan o istedadsız, həris zümrənindir. Onlar hərəkətə keçib və qamarlamaqla, bu qamarlamada qarşılarında maneə zənn etdikləri istedadlıları ləkələməklə məşğuldurlar.
Ancaq Vətən onların deyil! çünki onlar vətənsiz ünsürlərdir və inanın, dərhal bu ölkəni atıb qaçmağa, xaricdə yaşamağa hazırdırlar. O 85 faiz isə min məşəqqətə dözərlər, ancaq bu Vətəndən kənarda yaşaya bilməzlər.
Çünki Vətən onlarındır, bu Vətəni yaşadan da onlardır! Və şükür ki, onlar çoxluqdur, 85 faizdir...
Mahiyyətcə, təfəkkürcə, düşüncə və qabiliyyətcə LGBT olanlar sizi incitməməlidir axı...шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar